ASCO-nun sədr müavini işdən çıxıb

ASCO-nun sədr müavini işdən çıxıb "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev vəzifəsini tərk edib.
İnfrastruktur
23 May , 2022 09:14
ASCO-nun sədr müavini işdən çıxıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev vəzifəsini tərk edib.

"Report" xəbər verir ki, onun yerinə hələlik təyinat olmayıb.

Beləliklə, müavinlərin sayı 4-ə düşüb. Bunlar I müavin Mübariz Cabbarov, iqtisadi məsələlər üzrə müavin Cəlal Fərəcli, rejim üzrə müavin Nəzrəddin Əhmədzadə və ümumi məsələlər üzrə müavin Cəbrayıl Mahmudludur. Səhmdar cəmiyyətinə Rauf Vəliyev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi