ASCO-da "V.Group"un “ShipSure” dəniz rəqəmsal platformasının təqdimatı olub

ASCO-da "V.Group"un “ShipSure” dəniz rəqəmsal platformasının təqdimatı olub "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən olan “V.Group”un “ShipSure” dəniz rəqəmsal platformasının təqdimatı olub.
İnfrastruktur
22 iyun 2023 07:30
ASCO-da V.Groupun “ShipSure” dəniz rəqəmsal platformasının təqdimatı olub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən olan “V.Group”un “ShipSure” dəniz rəqəmsal platformasının təqdimatı olub.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin nümayəndələri təcrübə mübadiləsi məqsədilə ASCO əməkdaşları ilə görüş keçirib. Qonaqlar bildiriblər ki, “ShipSure” 15 il əvvəl yaradılıb, bir sıra üstünlüklərə malikdir. Qlobal gəmi idarəetmə platforması ayrı-ayrı sahələr üzrə məlumatların (əməliyyat, texniki, maliyyə, biznes və donanma) toplanmasında və müştərilərə çatdırılmasında mühüm rol oynayır. Proqrama "iOS" və yaxud "Android" cihazları, o cümlədən kompüterlər vasitəsilə daxil olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi