ASCO beynəlxalq yükdaşımalar bazarında fəaliyyətini genişləndirmək istəyir

ASCO beynəlxalq yükdaşımalar bazarında fəaliyyətini genişləndirmək istəyir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və dünyanın aparıcı gəmi idarəetmə şirkəti olan “V.Group” arasında onlayn görüş keçirilib.
İnfrastruktur
4 Sentyabr , 2021 12:41
ASCO beynəlxalq yükdaşımalar bazarında fəaliyyətini genişləndirmək istəyir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və dünyanın aparıcı gəmi idarəetmə şirkəti olan “V.Group” arasında onlayn görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, ASCO-nun sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib: “ASCO Xəzər dənizində aparıcı gəmiçilik şirkətlərindən biri olmaqla, müxtəlif təyinatlı 260-dan çox gəmiyə malikdir. Şirkət 2014-cü ildən beynəlxalq sularda da fəaliyyətini bərpa edib. Belə ki, hazırda ASCO-nun Xəzərdənkənar sularda 11 gəmisi yükdaşımalarla məşğuldur. Onlardan 3-ü tanker, 8-i quru yük gəmisidir”.

Görüş çərçivəsində ASCO-nun beynəlxalq yükdaşımalar bazarında fəaliyyətinin genişləndirilməsi və mövqeyinin gücləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

“V.Group”un çıxış edən nümayəndələri sözügedən məsələ ilə bağlı ASCO ilə əməkdaşlığa hazır olduqlarını, gələcək tərəfdaşlığın hər iki quruma fayda verəcəyini bildiriblər.

Qeyd edək ki, gəmilərin idarəedilməsində 35 ildən çox təcrübəyə malik “V.Group” gəmi sahibləri üçün yüksək xidmətlər təklif edir. Hazırda 600 gəmi üçün məsuliyyət daşıyan “V.Group” 44 mindən çox dənizçidən ibarət beynəlxalq şəbəkəyə çıxışı var.

Son xəbərlər

Orphus sistemi