2019-cu ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "
Bu barədə “Report”a "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, bu, 2018-ci illə müqayisədə 31,6%.
Ötən il daxil olmuş müraciətlərin 59 927-si “ASAN kommunal”, 49605-i isə “ASAN xidmət” mərkəzlərində qeydə alınıb. Vətəndaşlar daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri ilə bağlı müraciətlər edib.
Xatırladaq ki, "Azərsu" “ASAN xidmət” mərkəzlərində xidmət göstərməyə 2014-cü ilin may ayından başlayıb, 2017-ci ildən isə "ASAN kommunal” mərkəzlərində də təmsil olunub. Ümumilikdə, 2014-cü ildən indiyə qədər bütün xidmət mərkəzlərinə vətəndaşlardan müxtəlif məsələlərlə bağlı 300 mindən çox müraciət daxil olub.
Hazırda “Azərsu”nun xidmətləri Bakının Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində təşkil olunub.


