Arakəsmə olmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək

Arakəsmə olmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir. Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır.
İnfrastruktur
586
19 İyun , 2020 10:27
Arakəsmə olmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək

"Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir. Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır". 

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, ictimai nəqliyyatda Koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

Həmçinin, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır.

Son xəbərlər

Orphus sistemi