2030-cu il üçün əsas hədəf Azərbaycanda daha təhlükəsiz, ekoloji təmiz nəqliyyatın təşkil edilməsidir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında bildirib.
Onun sözlərinə görə, məqsəd şəhərin mərkəzində şəxsi avtomobillərdən istifadəni azaltmaqdır: “Hədəflərə nail olmaq üçün birinci mərhələdə - 2025-ci ilə qədər 300 milyon səfəri şəxsi nəqliyyat vasitəsindən ictimai nəqliyyat vasitəsinə keçirmək lazımdır”.
"Bakının ən yaxşı şəhərlər reytinqində ilk 30-luğa daxil olması əsas hədəflərdəndir. Yol-nəqliyyat hadisələrinin sayının azaldılması da əsas məqsədlərdəndir", - deyə nazir müavini əlavə edib.