​"Alstom Transport" şirkətinin prezidenti: "Azərbaycanla çox yaxşı əlaqələrimiz var və bu ölkə hər zaman öhdəliklərinə əməl edir"

​"Alstom Transport" şirkətinin prezidenti: "Azərbaycanla çox yaxşı əlaqələrimiz var və bu ölkə hər zaman öhdəliklərinə əməl edir" Fransanın nəqliyyat sahəsində çalışan şirkəti Azərbaycanı strateji tərəfdaşları sırasında görür
İnfrastruktur
7 Sentyabr , 2015 17:52
​Alstom Transport şirkətinin prezidenti: Azərbaycanla çox yaxşı əlaqələrimiz var və bu ölkə hər zaman öhdəliklərinə əməl edir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Fransanın "Alstom Transport" şirkəti Azərbaycanı əməkdaşlıq etdiyi strateji ölkələrdən biri hesab edir. Azərbaycanda istər magistral, istərsə də şəhərətrafı qəsəbələrdə çoxsaylı dəmir yolu layihələrinin icrası imkanları var. Bunu "Report"a açıqlamasında "Alstom Transport" şirkətinin prezidenti Аnri Pupar-Lafarj (Henri Poupart-Lafarge) bildirib.

"Həmçinin, ölkə rəhbərliyinin "Alstom Transport"u necə qarşılamasından asılı olaraq, bu qəbul edilmə bir tərəfdən lokomotivlərin sifarişi, digər tərəfdən isə bizim tərəfdaşımız "Transmaşholdinq" QSC ilə birgə metro vaqonlarının sifarişi ilə ifadə olunur. Bu şəkildə biz Azərbaycanda iş görməkdə maraqlıyıq", - şirkət rəhbəri qeyd edib. 

Onun sözlərinə görə, şirkətin ölkədəki maraqlarına əsasən şəhər nəqliyyatı, xüsusilə Bakı və digər şəhərlərdə magistral xətlərin, siqnalizasiya sisteminin inkişafı, lokomotivlər, dəmir yolu nəqliyyatı vasitələri daxildir.

Bakı metrosunun mövcud xətləri və gələcək inkişaf planlarından danışan A.Pupar-Lafarj qeyd edib ki, belə bazar yerindəcə gələcək lokallaşma və fəaliyyət üçün imkanlar yaradır: "İndi bu məsələ ilə bağlı müzakirələr gedir. "Alstom Transport" bütün dünya üzrə tədarük etdiyi nəqliyyat vasitələrinə servis xidmətləri göstərir. Bununla bərabər, biz lokallaşmadan danışarkən servis xidmətlərinin də lokallaşmasını nəzərdə tuturuq. Deyə bilmərəm ki, hazırda bizim hansısa dəqiq planımız var, amma "Bakı Metropoliteni" QSC-nin nümayəndələri ilə əlaqə saxlayırıq və Bakıda fəaliyyətimizi hansı optimal şəkildə təşkil edə biləcəyimizi qiymətləndirməyə çalışırıq".

A.Pupar-Lafarj ümumilikdə Bakı metrosunun tədricən vaqon parkını yeniləmək istəməsi ilə bağlı planlarının olduğunu deyib. O bildirib ki, Bakı metrosunda hərəkət heyətinin yenilənməsinə tələbat var: "Bildiyimə görə, metro ilə bağlı hökumət mülki tikinti şirkətləri və mühəndislərlə danışıqlar aparır. Danışıqlar hələlik bitməyib, bizim qatar tədarükümüz isə artıq növbəti mərhələnin işidir".

Qlobal maliyyə böhranına da toxunan beynəlxalq nəqliyyat şirkətinin prezidenti bu prosesin bir sıra milli valyutalarda və büdcə böhranında hiss olunduğunu deyib: "Əlbəttə, nəqliyyat da dövlətə, ictimai mühitə aid olduğu üçün bu böhranın təsiri hiss olunur. Buna baxmayaraq, infrastrukturun - istər magistral yolların, istərsə də şəhər xətlərinin yenilənməsinə tələbat hələ də var. Hesab edirəm ki, müştərilərimizlə yerli səviyyədə börhan vəziyyətində saziş çərçivəsində işimizi necə optimallaşdırmağı müzakirə etməliyik. "Alstom" müştərilərə öz tərəfdaşları kimi işləməyə çalışır. Ona görə də böhran vəziyyətində həmçinin maliyyə məsələlərinin həlli üçün də çalışırıq, xüsusilə bu, Azərbaycana Fransa hökumətinin maliyyələşmə ilə bağlı kömək edəcəyi layihələrin inkişafına aiddir. Bizim Azərbaycan tərəfi ilə çox yaxşı əlaqələrimiz var və o, hər zaman öz öhdəliklərinə əməl edir. Hazırda maliyyə məsələsi ilə bağlı hər hansı ciddi problemimiz yoxdur, amma yenə də cari vəziyyət və saziş üzrə işin optimallaşdırılması ilə bağlı müzakirələr aparırıq".

Son xəbərlər

Orphus sistemi