Bakı. 10 may. REPORT.AZ/ Fransanın "Alstom" şirkəti mayın 11-13-də Bakıda keçiriləcək "TransCaspian" beynəlxalq nəqliyyat sərgisində yeni performans və ikiqapılı geniş dizayn, yeni erqonomik oturacaqlar daxil olmaqla yüksək səmərəlilik və rahatlıq səviyyəsinə malik, real vaxt rejimli bort informasiyalı, LED texnologiyasına əsaslanan birbaşa və dolayı işıqlandırma sistemli "
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Zaure Rahmetovanın "Report"a verdiyi məlumata görə, "Citadis" texniki xidmət işlərini sadələşdirərək (xərclər 11%-ə qədər azaldılıb) rekord yararlılıq təmin edən dəqiqliklə yoxlanılmış standart komponentlər əsasında yaradılıb. "Citadis" sərnişinlərin, uşaqlı sərnişinlərin, o cümlədən, əlil arabalarının rahatlıqla daxil ola biləcəyi 100% aşağı döşəməli tramvaydır. Müasir tramvay səmərəlilik, sərnişin tutumu, sürət və təhlükəsizliklə bağlı şəhərin ictimai nəqliyyatı üçün yeni imkanlar yaradır. Tramvay digər nəqliyyat vasitələri ilə müqaisədə daha az CO2 emissiyası ixrac edir.
"Alstom" həmçinin inkişaf etməkdə olan şəhərlər üçün "
Əlavə olaraq, "Alstom" uzunluq, en, forma, oturacaqların yerləşdirilməsi, sərnişinlərin məlumatlandırılması və təhlükəsizlik avadanlıqları kimi bir sıra müxtəlif konfiqurasiya imkanlarına malik yüksək etibarlı "
"Alstom Azerbaijan" MMC-nin icraçı direktoru Elşən Zeynalov isə bildirib ki, Azərbaycan Xəzər və Qara dəniz regionunda, o cümlədən, Rusiya və İran arasında vacib birləşdirici bənd kimi potensialını inkişaf etdirir: "Alstom" azərbaycanlıların rahat və təhlükəsiz səyahət etməsi üçün istənilən fürsətlərdən istifadə etməyə hazırdır. "Alstom" dünyada təslim layihələrinin yerinə yetirilməsində uğurlu təcrübəyə malikdir və yerli bazarda öz müasir texnologiyalarını tətbiq etmək niyyətindədir”.
Xatırladaq ki, 2014-cü ildə "Alstom" və "Azərbaycan Dəmir Yolları" QSC (ADY) arasında "Alstom"un Qazaxıstandakı "BM EKZ" zavodunda 50 ədəd lokomotivin yığılmasına dair müqavilə bağlanıb. İlk elektrik lokomotivinin 2017-ci ilin əvvəlində Azərbaycan tərəfinə təslim edilməsi nəzərdə tutulub.