“Alstom” Azərbaycanda yük lokomotivlərinin test yoxlamalarına başlayıb

“Alstom” Azərbaycanda yük lokomotivlərinin test yoxlamalarına başlayıb Fransanın “Alstom” şirkəti Azərbaycanda “3kV DC”dən “25kV AC”yə dəyişdirilən “Prima T9 AZ8A” yük lokomotivləri üçün yoxlama test kampaniyasına başlayıb.
İnfrastruktur
408
19 Avqust , 2020 11:46
“Alstom” Azərbaycanda yük lokomotivlərinin test yoxlamalarına başlayıb

Fransanın “Alstom” şirkəti Azərbaycanda “3kV DC”dən “25kV AC”yə dəyişdirilən “Prima T9 AZ8A” yük lokomotivləri üçün yoxlama test kampaniyasına başlayıb.

“Report” bu barədə “Railadvent” nəşrinə istinadən xəbər verir.

“Bu, Azərbaycan Dəmir Yolları (ADY) ilə birlikdə inkişaf etdirdiyimiz layihədə mühüm mərhələdir. Lokomotivlərimizin ölkədə kommersiya xidmətinə girməsinə imkan verəcək təsdiqləmənin başlamasına həvəslə yanaşırıq. Alstom, ADY ilə strateji tərəfdaşlığı ilə qürur duyur, Azərbaycanda dəmiryolu infrastrukturunun inkişafına və yük daşımaları qabiliyyətinin artırılmasına töhfə vermək istəyirik”- şirkətin Qərbi və Orta Asiya üzrə idarəedici direktoru Guillaume Tritter bildirib.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan Dəmir Yolları “Alstom”un “Transmashholding” (TMH) ilə ortaq müəssisəsi olan “EKZ” ilə 40 “Prima T8 AZ8A” yük lokomotivi və “10 Prima M4 AZ4A” sərnişin lokomotivi daxil olmaqla 50 elektrik lokomotivin alınması ilə bağlı müqavilə imzalayıb.

Prima “T8 AZ8A” hazırda Qazaxıstanda xidmət göstərən “KZ8A” lokomotivlərinə əsaslanır.

Xatırladaq ki, “Alstom” “Prima T8” modeli dünyanın ən güclü elektrovozlarından biridir, 9 min tona qədər yük götürmə qabiliyyəti var və 120 km sürətlə hərəkət edə bilir. Son 20 ildə dünyada 3 200-dən çox Prima lokomotivi satılıb.

Son xəbərlər

Orphus sistemi