“Alstom” Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasında maraqlıdır

“Alstom” Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasında maraqlıdır Fransanın “Alstom” şirkəti Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasında, eləcə də dəmir yolunda siqnalizasiya sisteminin modernləşdirilməsi layihələrində iştirakda maraqlıdır.
İnfrastruktur
185
5 May , 2022 18:18
“Alstom” Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasında maraqlıdır

Fransanın “Alstom” şirkəti Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasında, eləcə də dəmir yolunda siqnalizasiya sisteminin modernləşdirilməsi layihələrində iştirakda maraqlıdır.

“Report” xəbər verir ki, bunu “Alstom” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov bu ölkənin səfirliyində Fransanın Milli “Xidmətlərə görə” ordeninin təqdim edilməsi mərasimində deyib.

Zeynalov xatırladıb ki, 2014-cü ildə “Alstom” və “Azərbaycan Dəmir Yolları” QSC arasında lokomotivlərin tədarükü ilə bağlı müqavilə imzalanıb və bu müqavilə artıq icra olunub. O, Azərbaycanda biznes mühitinin çox əlverişli olduğunu, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin yaradıldığını qeyd edib.

E.Zeynalova Fransanın Milli Xidmətlərinə görə ordenini Fransanın Azərbaycandakı səfiri Zakari Qross təqdim edib, “Alstom” şirkətinin Azərbaycandakı fəaliyyəti və həyata keçirdiyi layihələrdən danışıb.

Son xəbərlər

Orphus sistemi