Almaniya Danimarkaya tunel tikintisi planını təsdiqləyib

Almaniya Danimarkaya tunel tikintisi planını təsdiqləyib Bakı. 29 dekabr. REPORT.AZ/ Almaniyanın federal hökuməti Almaniya ilə Danimarkanı birləşdirən və dəyəri 8 milyard dollardan çox olan tunelin tikintisi planını təsdiqləyib.
İnfrastruktur
29 Dekabr , 2018 11:24
Almaniya Danimarkaya tunel tikintisi planını təsdiqləyib

Bakı. 29 dekabr. REPORT.AZ/ Almaniyanın federal hökuməti Almaniya ilə Danimarkanı birləşdirən və dəyəri 8 milyard dollardan çox olan tunelin tikintisi planını təsdiqləyib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Danimarka və Almaniyanı ayıran Ferman-Belt boğazı boyunca dənizin altından salınacaq tunel 19 km uzunluğunda olacaq. Tunelin Almaniyanın Femarn adası ilə Danimarkanın Lollan adası arasında tikiləcəyi nəzərdə tutulur. Tikintiyə icazəni Almaniyanın Şlezviq-Holşteyn federal torpağının Nəqliyyat Nazirliyi verib. Danimarka hökuməti layihəni 2015-ci ildə təsdiqləyib.

Tunelin içərisində dördzolaqlı avtomobil yolu və hər iki istiqamətdə hərəkət üçün iki dəmir yolu xətti olacaq. Plana əsasən, bu nəqliyyat infrastrukturunun inşaası 2024-cü ilədək başa çatacaq. Bu, Şimali Avropada ən böyük planlaşdırılmış infrastruktur layihəsidir. 

Son xəbərlər

Orphus sistemi