“Airbus” “təmiz” təyyarənin üç prototipini təqdim edib

“Airbus” “təmiz” təyyarənin üç prototipini təqdim edib Təyyarələrin kommersiya istehsalı 2035-ci ildə başlamalıdır
İnfrastruktur
537
22 Sentyabr , 2020 15:20
“Airbus” “təmiz” təyyarənin üç prototipini təqdim edib

“Airbus” şirkəti karbon qazı emissiyası sıfır səviyyədə olan üç təyyarə prototipini təqdim edib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, onların kommersiya istehsalı 2035-ci ildə başlamalıdır.

Dünyanın ən böyük təyyarə istehsalçılarından biri hidrogenli mühərriklə işləyən təyyarələrin istehsalının artıq şirkət üçün strateji istiqamət olduğunu açıqlayıb.

“Böhran bizə göstərdi ki, mütləq prioritet yalnız təhlükəsizlik deyil, həm də sağlamlıq, sağlam ətraf mühitdir. Şirkətimiz buna sadiq olduğunu təsdiqləyir və bazara sıfır CO2 emissiyası olan təyyarə çıxaracağına söz verir”, - təqdimat zamanı konsernin texniki direktoru Qratsiya Vittadini deyib.

Birinci prototip - turboreaktiv mühərriklə klassik konturların olduğu təyyarədir. O, 120-200 sərnişin tutumlu və 3 500 kilometrdən çox uçuş məsafəsi imkanlı olacaq.

İkinci prototip – 1 800 kilometr məsafədə 100-dək sərnişin daşıya biləcək regional turbopərvanə təyyarəsidir.

Üçüncü prototipi isə icmalçılar artıq “uçan qanad” adlandırıb. Məhz burada kriogen hidrogen anbarları yerləşəcək.

Son xəbərlər

Orphus sistemi