AİB Azərbaycanda yolların istismarında özəl sektorun iştirakını tövsiyə edir

AİB Azərbaycanda yolların istismarında özəl sektorun iştirakını tövsiyə edir Azərbaycan hökuməti yolların saxlanması xərclərini 223,7 milyon ABŞ dollarına qədər artırmağı planlaşdırır
İnfrastruktur
19 Fevral , 2021 19:06
AİB Azərbaycanda yolların istismarında özəl sektorun iştirakını tövsiyə edir

Azərbaycan hökuməti 2023-cü ilə qədər yolların saxlanması xərclərini 223,7 milyon ABŞ dollarına qədər artırmağı planlaşdırır.

Asiya İnkişaf Bankından (AİB) “Report”a verilən məlumata görə, yerli və kənd yolları da daxil olmaqla, yol şəbəkəsinin saxlanılması büdcəsi 2006-cı ildəki 55 milyon ABŞ dollarından (hər km-ə təxminən 9,7 min ABŞ dolları) 2019-cu ildə təxminən 190 milyon ABŞ dollarına (hər km-ə təxminən 11,500 ABŞ dolları) qədər artırılıb.

Avtomobil yollarının saxlanmasına cavabdeh olanlar Dünya Bankının dəstəyi ilə yaradılan yeddi ixtisaslaşmış regional yol bölməsidir.

AİB mütəxəssisləri hesab edirlər ki, Azərbaycanda ödənişli yolların tətbiqi sürətli avtomagistralların ümumi dayanıqlığına kömək edəcək: “Hökumət M1 magistral yolunda (Bakıdan Rusiya ilə sərhədə qədər hissədə) ödənişli keçid tətbiq olunandan sonra ödənişin tədricən digər magistral yollarda da tətbiq ediləcəyini gözləyir”.

Bank yolların saxlanması üçün ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin artırılması məqsədilə özəl sektoru cəlb etməyi tövsiyə edir.

“Sovet İttifaqının dağılmasından sonra Azərbaycandakı yolların əksəriyyəti yolların istismarı üçün lazımi maliyyələşmə olmadığına və çəki nəzarətinin zəif olması səbəbindən pis vəziyyətdə idi. Nəticədə yol şəbəkəsinin çox hissəsi yenidənqurulmaya və bərpaya ehtiyac duyurdu. Pis yol şərtləri nəqliyyat xərclərinin artmasına, yollarda uzun müddət qalınmasına və təhlükəsizlik təhdidlərinə səbəb olmuşdu.

Bu problemləri qəbul edən Azərbaycan hökuməti 2003-2005-ci illər üçün Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramında və 2004-2008-ci illər üçün Bölgələrin Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında yol infrastrukturunun inkişafının əsasını qoydu. Daha sonra 2006–2015-ci illərdə Yol Şəbəkəsinin İnkişaf Proqramı hazırlandı”, - AİB iqtisadçıları qeyd ediblər.

AİB öz növbəsində Azərbaycanla tərəfdaşlıq strategiyası çərçivəsində ölkənin coğrafi vəziyyətini nəzərə alaraq AİB yardımının prioritet sahəsi kimi müəyyən yolların yenilənməsi üçün maliyyə mənbələri təmin edib.

“Hökumətə bu problemlərin həllində kömək etmək üçün AİB 2007-ci ildə Yol Şəbəkəsi İnkişaf Proqramının multitranş maliyyələşmə (MFF) mexanizmi çərçivəsində 500 milyon ABŞ dolları dəyərində vəsaitin ayrılmasını təsdiqləyib", - bankın iqtisadçıları qeyd ediblər.

MFF Masallı-Astara hissəsinin yenidən qurulmasını, Gəncə dairəvi yolunun bərpası və genişləndirilməsini, Ağstafa-Poylu-Gürcüstan sərhədi yolunda dörd körpünün (bir dəmir yolu keçidi və çaylar üzərindəki üç körpü) inşasını, Gəncə şəhərində (Bakıdan 365 kilometr qərbdə) yerli əhəmiyyətli yolların bərpasını nəzərdə tuturdu.

Son xəbərlər

Orphus sistemi