Aİ-nın Azərbaycanda maliyyələşdirdiyi daha bir layihənin icrası başa çatıb

Aİ-nın Azərbaycanda maliyyələşdirdiyi daha bir layihənin icrası başa çatıb Bu gün Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri" layihəsinin nəticələrinin təqdimatı keçirilir.
İnfrastruktur
29 Yanvar , 2021 11:37
Aİ-nın Azərbaycanda maliyyələşdirdiyi daha bir layihənin icrası başa çatıb

Bu gün Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri" layihəsinin nəticələrinin təqdimatı keçirilir.

"Report" xəbər verir ki, təqdimatı "Rüzgar" Ekoloji İctimai Birliyi keçirir.

Layihənin məqsədi evləri və təsərrüfatları 2010-cu ildəki Kür daşqınları nəticəsində yararsız hala düşmüş İmişli rayonunun Telişli ekomiqrant qəsəbəsinin sakinləri üçün yeni gəlir mənbələrinin formalaşdırılması və yerli icmanın rolunun artırılmasıdır. Aİ layihəyə 500 min manatdan artıq maliyyə dəstəyi verib.

"Rüzgar"ın sədri İslam Mustafayev bildirib ki, layihə 2018-2020-ci illərdə reallaşdırılıb. Layihə çərçivəsində suvarma sisteminin təkmilləşdirilməsi, tərəkəmə xalça istehsalı sexinin qurulması, yolüstü servis kooperativinin yaradılması, hələb keçisi fermasının tikilməsi və balıqçılığın inkişafı üçün süni göl təsərrüfatının yaradılması işləri həyata keçirilib.

Xatırladaq ki, Aİ 2014-cü ildən Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək üçün 40 milyon manat vəsait ayırıb. Regional və kənd təsərrüfatının inkişafı Aİ ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir. Hazırda Aİ regionların inkişafı üçün 15 qrant layihəsini maliyyələşdirir. Bu layihələr eyni zamanda peşə təhsilinin inkişafı, kiçik ailə təsərrüfatlarına yardım, mikrosahibkarlığın inkişafı, məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması, aqroturizm, gənc sahibkarların dəstəklənməsi, inklüziv təhsil və s. kimi sahələrə aiddir.

Son xəbərlər

Orphus sistemi