Aİ: Məqsəd Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ən müasir və təhlükəsiz limana çevirməkdir

Aİ: Məqsəd Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ən müasir və təhlükəsiz limana çevirməkdir Bakı. 16 mart. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) məqsədi Bakı Beynəlxalq Dəniz Ticarət Limanını idarəetmə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, Azad Ticarət Zonasında insan resurslarının idarə edilməsi baxımından ən müasir və təhlükəsiz limana çevirməkdir. 
İnfrastruktur
16 Mart , 2018 11:58
Aİ: Məqsəd Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ən müasir və təhlükəsiz limana çevirməkdir
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba

Bakı. 16 mart. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) məqsədi Bakı Beynəlxalq Dəniz Ticarət Limanını idarəetmə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, Azad Ticarət Zonasında insan resurslarının idarə edilməsi baxımından ən müasir və təhlükəsiz limana çevirməkdir. 

"Report" xəbər verir ki, bunun “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihənin açılış mərasimində Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. 

"Enerji təhlükəsizliyi dialoqu ilə yanaşı nəqliyyat sahəsində də dialoqu həyata keçirmək, maliyyə yardımından başqa, texnologiyalarla bağlı təcrübəni də Azərbaycana gətirmək istəyirik. Bu layihə vasitəsilə Ələtdə infrastrukturun və onun idarə edilməsinin imkanlarını görəcəyik", - deyə o, qeyd edib. 

Tədbirdə iştirak edən Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov isə deyib ki, təmsil etdiyi qurum Aİ ilə bir sıra layihələr həyata keçirir: "Bunlardan biri tranziy yüklərlə bağlı elektron sistemə keçilməsidir. Bu, Azərbaycana Avropa bazarlarına daxil olmağa imkan verəcək".

Son xəbərlər

Orphus sistemi