Ağsuda yol tikintisinə 17,4 milyon manat ayrılıb - SƏRƏNCAM

Ağsuda yol tikintisinə 17,4 milyon manat ayrılıb - SƏRƏNCAM Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
10 Yanvar , 2020 17:29
Ağsuda yol tikintisinə 17,4 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi