​“Ağsu dolayları” ilə yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulur

​“Ağsu dolayları” ilə yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulur Yük maşınlarının sürücülərinə alternativ yollardan istifadə etmək tövsiyə olunur
İnfrastruktur
20 İyun , 2016 21:50
​“Ağsu dolayları” ilə yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulur

Bakı. 20 iyun. REPORT.AZ/ 21 iyun axşam saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi ilə, daha dəqiqi “Ağsu dolayları” ilə kütləsi 3500 kq-dan, hündürlüyü də 2,75 m-dən çox olan avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin "Report"a verdiyi məlumata görə, bununla bağlı olaraq sabah səhər saatlarından etibarən həm Şamaxı rayonu, həm də Ağsu rayonu istiqamətindən müvafiq yol nişanlarının və dolaylara girişdə hündürlüyü məhdudlaşdıran xüsusi maneələrin quraşdırılmasına başlanılacaq. Axşam saatlarında bununla bağlı işlər bitəndən etibarən yük maşınlarının dolaylarla hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

“Ağsu dolayları” ilə sözügedən məhdudiyyətin tətbiq edilməsi həm yük maşınları sürücülərinin özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Çünki Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi enişli-yoxuşlu, sərt döngəli bir yoldur. Bu üzdən yük maşınlarının bu hissə ilə hərəkəti təhlükəli sayılır.

Yük maşınlarının sürücülərindən alternativ olaraq Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarından, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməkləri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi