Agentliyin rəhbəri: Bina tikən sahibkarlardan parkların salınması ilə bağlı təşəbbüslər görmürük

Agentliyin rəhbəri: Bina tikən sahibkarlardan parkların salınması ilə bağlı təşəbbüslər görmürük Bakıda sahibkarlar tez-tez binalar tiksələr də, parkların salınması istiqamətində təşəbbüslər yoxdur.
İnfrastruktur
12 iyul 2024 12:29
Agentliyin rəhbəri: Bina tikən sahibkarlardan parkların salınması ilə bağlı təşəbbüslər görmürük

Bakıda sahibkarlar tez-tez binalar tiksələr də, parkların salınması istiqamətində təşəbbüslər yoxdur.

"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Agentliyin keçirdiyi ictimai dinləmədə deyib.

O bildirib ki, yeni yaşayış binaları salınarkən qanunvericilik nəzərə alınmalıdır:

“Söküntü də elə yaşıllığın məhv edilməsidir. Bu gün inkişaf birtərəfli gedir. Parkların çoxuna baxırsan, hər şeyi dövlət edir. Evi tikən də ədalətli olmalıdır. Heç olmaya binaları tikərkən park da salınsın”.

Son xəbərlər

Orphus sistemi