Bakı. 7 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda Saat qülləsinin tikilməsi üçün Rayon İcra Hakimiyyəti (RİH) açıq tender elan edib.
"Report"un xəbərinə görə, tender elanında bildirilib ki, Saat qülləsinin Ağcabədi şəhərindəki Heydər Əliyev prospektində inşası nəzərdə tutulur.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri oktyabrın 17-dək Ağcabədi Rayon İcra Hakimiyyətinə təqdim etməlidirlər.
İddiaçıların təklifləri oktyabrın 19-u RİH-in inzibati binasında açılacaq.