​Afrikada qitənin ən yüksək qülləsi inşa olunacaq

​Afrikada qitənin ən yüksək qülləsi inşa olunacaq Binanın hündürlüyü 540 metr olacaq
İnfrastruktur
24 Dekabr , 2014 05:15
​Afrikada qitənin ən yüksək qülləsi inşa olunacaq
Bakı. 24 dekabr. REPORT.AZ/ "Valode & Piestre" şirkəti gələn ilin yayında Mərakeşin Kasablanka şəhərində Afrikanın ən yüksək qülləsi - "Al Noor Tower"in inşasına başlayacaq.

"Report" xəbər verir ki, binanın hündürlüyü Yohannesburqda yerləşən 223 metrlik "Carlton Center"dən iki dəfə yüksək olacaq və 540 metr təşkil edəcək.

540 rəqəmi Afrikanın 54 ölkəsi anlamında nəzərdə tutulub. Göydələnin adı ərəb dilindən tərcümədə "Nur qülləsi" mənasını verir.

Binanın mərtəbələri müqəddəs Qurani Kərimin surələrinin sayına işarə edən 114 mərtəbədən ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi