"Aeroflot" ləğv edilmiş biletlərin qarşılığında endirim təklif edəcək

"Aeroflot" ləğv edilmiş biletlərin qarşılığında endirim təklif edəcək Rusiyanın ən böyük aviaşirkəti Aeroflot müştərilərinə ləğv edilmiş avia reylslərin pulları qarşılığında 3 illik endirim kuponları təklif edəcək.
İnfrastruktur
30 aprel 2020 07:37
Aeroflot ləğv edilmiş biletlərin qarşılığında endirim təklif edəcək

Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot" müştərilərinə ləğv edilmiş avia reylslərin pulları qarşılığında 3 illik endirim kuponları təklif edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu "Aeroflot"un sözçüsü Mixail Demin açıqlayıb.

“Vəziyyətin normallaşmasını gözləmək istəməyən sərnişinlər üçün bu qərarı verdik. Endirim şəklində, biletin tam qiyməti dəyərində kuponlar təqdim etməyi planlaşdırırıq”, - o bildirib.

O bildirib ki, bu proqram yalnız uçuşların ləğvi səbəbiylə uça bilməyən sərnişinlər üçün deyil, həm də epidemioloji vəziyyətin dəyişməsi səbəbindən səfəri öz istəyi ilə ləğv edənlərə də verilə bilər.

Qeyd edək ki, Rusiya koronavirus (COVID-19) pandemiyası səbəbi ilə martın 27-də digər ölkələrlə planlı və çarter reyslərini dayandırmışdı.

Son xəbərlər

Orphus sistemi