ADY gecikməyə görə sərnişinləri üçün əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edib

ADY gecikməyə görə sərnişinləri üçün əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edib İyunun 19-da Ağstafadan Bakıya saat 17:30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.
İnfrastruktur
19 iyun 2024 21:13
ADY gecikməyə görə sərnişinləri üçün əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edib

İyunun 19-da Ağstafadan Bakıya saat 17:30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.

“Report” xəbər verir ki, bu barədə ADY sosial şəbəkədə bildirib.

“Bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.

Eyni zamanda sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.

ADY yaranmış problemə görə sərnişinlərindən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir”, – məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi