“Trabzondan keçən dəmiryolu Naxçıvana, oradan da Zəngəzura uzanacaq”.
“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu Trabzonda çıxışı zaman deyib.
Onun sözlərinə görə, Trabzonda həm quru yolu, həm də dəmiryolunun inkişafı ilə bağlı ciddi addımlar atılır: “Biz bununla da beynəlxalq kommunikasiyaları təmin etmiş olacağıq. Beləliklə, tarix yenidən yazılır və artıq yeni İpək yolu salınır”.