ADDA 2020/2021-ci tədris ili üçün sənəd qəbulu elan edir

ADDA 2020/2021-ci tədris ili üçün sənəd qəbulu elan edir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2020/2021-ci tədris ilində ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib.
İnfrastruktur
16 İyun , 2020 13:53
ADDA 2020/2021-ci tədris ili üçün sənəd qəbulu elan edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2020/2021-ci tədris ilində ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib. 

"Report" bu barədə ASCO-ya istinadən xəbər verir. 

Məlumata görə, sənəd qəbulu aşağıdakı ixtisaslar üzrə elan olunub: 

050605 – Dəniz naviqasiyası mühəndisliyi

050607 – Elektrik və elektronika mühəndisliyi

050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi

050610 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

Təkrar ali təhsilə sənədlərin qəbulu iyulun 1-dən 30-na qədər Akademiyanın əsas binasında aparılacaq. Qəbul olmaq istəyənlər aşağıdakı sənədləri rəsmi və ya elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar:

Rektorun adına ərizə;

Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);

İş yerindən arayış (işlədiyi halda);

3×4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;

Şəxsiyyət vəsiqəsinin surəti;

Sağlamlıq haqqında arayış.

QEYD: Bütün ixtisaslar üzrə təhsil haqqı 3 800 AZN-dır.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq, ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə təkrar ali təhsil ala bilərlər.

Ünvan: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18

Tel.: (+99412) 498-73-94

E-mail: [email protected] ; [email protected]

Son xəbərlər

Orphus sistemi