Abşeron Dairəvi Dəmir Yolu Xəttində vəziyyət necədir? - VİDEOREPORTAJ

Abşeron Dairəvi Dəmir Yolu Xəttində vəziyyət necədir? - VİDEOREPORTAJ Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımaları dayandırılıb. Yalnız Abşeron Dairəvi Dəmir Yolu Xəttində elektrik qatarlarının məhdud şəkildə hərəkətinə icazə verilib.
İnfrastruktur
12 İyun , 2020 15:01
Abşeron Dairəvi Dəmir Yolu Xəttində vəziyyət necədir? - VİDEOREPORTAJ
Report

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımaları dayandırılıb. Yalnız Abşeron Dairəvi Dəmir Yolu Xəttində elektrik qatarlarının məhdud şəkildə hərəkətinə icazə verilib. 

Əgər xüsusi karantin rejiminin qüvvədə olduğu aprel ayında Bakı və Sumqayıt şəhərləri arasında cəmi 2 qatar işləyirdisə, mayın 4-ü xüsusi karantin rejiminin yumlaşdılmasından və bununla əlaqədar sərnişinlərin sayının artmasından sonra xəttə daha 2 qatar buraxılıb, mayın 20-dən isə qatarların sayı 6-ya çatdırılıb. İyunun 5-dən sərnişin sıxlığının qarşısını almaq üçün qatar sayı yenidən artırılıb. 

Bununla belə, pandemiya hələ ki, başa çatmayıb. Bəs, görəsən, qatarla hərəkət edənlər gigiyena qaydalarına əməl edirmi? "Report" bu sahədə vəziyyəti öyrənmək üçün qatarlardan birində olub. 

Sərnişinlərin sözlərinə görə, yoluxma ehtimalını minimuma endirmək üçün qatara maska taxaraq minirlər, sosial məsafəni qoruyurlar və dezinfeksiyaedici məhlullardan istifadə edirlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlıqlarını qorusunlar. 

Son xəbərlər

Orphus sistemi