Bakı. 17 aprel. REPORT.AZ/ ABŞ-ın mülki aviasiya şirkətləri sərnişin təyyarələrində oturacaqlar arasında məsafəni azaldır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, "SkyRider" adlanan yeni oturacaq dizaynı bu həftə təqdim ediləcək.
Qısa müddətli uçuşlar üçün nəzərdə tutulan bu dizaynda məqsəd sərnişin tutumunu artırmaqdır. Bunun üçün oturacaqlar arasındakı məsafə 29-32 düyümdən 23 düyümə endiriləcək.
Xatırladaq ki, bu ilin əvvəllində İrlandiyanın “Ryanair” şirkətinin rəhbəri Michael O'Leary bəyan edib ki, sərnişinləri şaqüli qaydada düzülmüş oturacaqlarda daşıyacaqlar. Bununla belə, bu planın Avropa aviasiya qurumları tərəfindən qarşısının alındığı deyilir.

