AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq Agentlik paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün təmir-tikinti işləri davam etdirir
İnfrastruktur
149
12 May , 2021 16:09
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün təmir-tikinti işlərini davam etdirir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda təmir işləri aparılan Suraxanı rayonunun İlqar Musayev küçəsində işlərin bu gün axşam saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Sözügedən ərazi ilə yanaşı, cari təmir işləri aparılan Sabunçu rayonunun Şəhər şossesi ərazisində isə təmir mayın 13-nə qədər davam edəcək.

"Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi