AAYDA ötən il 1 400 km-ə yaxın yolda iş görüb

AAYDA ötən il 1 400 km-ə yaxın yolda iş görüb 2020-ci ildə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 1 385,3 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikib, yenidən qurub və təmir edib
İnfrastruktur
116
22 Fevral , 2021 11:35
AAYDA ötən il 1 400 km-ə yaxın yolda iş görüb

2020-ci ildə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 1 385,3 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikib, yenidən qurub və təmir edib.

“Report” xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqində bildirib.

Onun sözlərinə görə, ötən il respublika əhəmiyyətli 254,6 km uzunluğunda, yerli əhəmiyyətli isə 767,2 km uzunluğunda yol təmir edilib. Bunun 342,1 km-i Bakıda, 21,4 km-i isə Sumqayıtda olan yollardır.

“Hesabat dövründə bütün maliyyə mənbələri hesabına respublikamızın ümumi istifadədə olunan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü tikilib, 3 körpü təmir edilib, 2 avtomobil tuneli tikilib, bir yeni metal dəmir yol ötürücüsü və 9 piyada keçidi tikilərək əhalinin istifadəsinə verilib”, - deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi