Bakının Alı Mustafayev küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının Alı Mustafayev küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq Oktyabrın 13-dən 16-na qədər Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinə qədər olan hissədə) əsaslı təmir işləri aparılacaq.
İnfrastruktur
478
12 Oktyabr , 2021 21:23
Bakının Alı Mustafayev küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Oktyabrın 13-dən 16-na qədər Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinə qədər olan hissədə) əsaslı təmir işləri aparılacaq.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Odur ki, 85 saylı marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. - Azadlıq prospekti - S. Bəhlulzadə küç.- Atatürk prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi