“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı yol genişləndirilir

“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı yol genişləndirilir Azərbaycan-Rusiya dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi davam etdirilir.
İnfrastruktur
170
15 Oktyabr , 2021 11:53
“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı yol genişləndirilir

Azərbaycan-Rusiya dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi davam etdirilir.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya ilə sərhəddə yerləşən Samur, Şirvanlı və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.

Bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcək. Bununla da avtomobil yolu sərnişinləri və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırmaqla daha sürətli transfer rolunu oynayacaq.

Avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq “Azəryolelmitətdiqatlayihə” İnstitutunun hazırladığı layihəyə əsasən, yolun ümumi uzunluğu 23.5 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni 2x2 metr təşkil edir.

Artıq marşrut boyu mövcud örtük sökülüb, torpaq yatağı təbii relyef səviyyəsinə qaldırılıb və genişləndirilib, bununla bağlı kommunikasiya xətləri köçürülüb, svaylar vurulub, yeni torpaq yatağı inşa edilib, yol boyu müxtəlif ölçülü suötürücü borular və əsasın alt layın tikintisi tamamlanıb. Hazırda yol əsasının üst qatının inşası üçün hazırlıq işləri aparılır.

Həmçinin layihə üzrə nəzədə tutulan Xan Arxı üzərində körpünün inşası yekunlaşıb. Samur-Abşeron su kanalı üzərində tikilən körpünün isə aşırım tirləri quraşdırılır.

Marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də yekunlaşmaq üzrədir.

“Xanoba” “Şirvanlı” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi