Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlara müraciət edib

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlara müraciət edib Bakı. 24 dekabr. REPORT.AZ/ Hər kəs səhər saat 9:00-dan 10:00-a qədər sərhəd keçid məntəqəsini keçmək istəyir.
İnfrastruktur
1615
24 Dekabr , 2018 14:06
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlara müraciət edib

Bakı. 24 dekabr. REPORT.AZ/ "Hər kəs səhər saat 9:00-dan 10:00-a qədər sərhəd keçid məntəqəsini keçmək istəyir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri vətəndaşlara müraciət edib: "Halbuki günorta saatlarından sonra vətəndaşlar sərhəd keçid məntəqələrindən sərbəst keçə bilərlər. Hər kəs, xüsusən də cənubda olan vətəndaşlarımız səhər saat 9:00-11:00 arasında sərhəd keçid məntəqələrindən keçmək istəyirlər. Xahişimiz odur ki, sərhəd keçid məntəqələrindən keçən zaman saatı seçərkən sıxlığı nəzərə alsınlar".

DGK sədri 2019-cu ilin ortalarından elektron növbə sisteminin tətbiq ediləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi