Baki-Tbilisi-Qars dəmir yolunda hərəkət edəcək sərnişin qatarı Bakıya çatıb

Baki-Tbilisi-Qars dəmir yolunda hərəkət edəcək sərnişin qatarı Bakıya çatıb “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb.
İnfrastruktur
221
29 Mart , 2019 14:13
Baki-Tbilisi-Qars dəmir yolunda hərəkət edəcək sərnişin qatarı Bakıya çatıb

Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb.

Bu barədə “Report”a "Azərbaycan Dəmir Yolları”ndan məlumat verilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Qatar İsveçrədən Türkiyəyə, oradan Gürcüstana gətirilib. Qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda 1 520 mm standartlı izdən və 1 435 mm standartlı izə test rejimində sınaqdan keçiriləndən sonra Bakıya gətirilib.

Qeyd edək ki, 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi