“Azərsu”ya “ASAN xidmət” və "ASAN kommunal" mərkəzləri vasitəsilə edilən müraciətlərin sayı açıqlanıb

“Azərsu”ya “ASAN xidmət” və "ASAN kommunal" mərkəzləri vasitəsilə edilən müraciətlərin sayı açıqlanıb Bakı. 7 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Azərsu” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə 83 250 müraciət edilib.
İnfrastruktur
7 Yanvar , 2019 16:44
“Azərsu”ya “ASAN xidmət” və ASAN kommunal mərkəzləri vasitəsilə edilən müraciətlərin sayı açıqlanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Azərsu” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə 83 250 müraciət edilib. 

Bu barədə “Report”a “Azərsu”ASC-dən məlumat verilib.

Məlumata görə, bu, 2017-ci ilin müvafiq göstəricisindən 51% çoxdur. 

Ötən il daxil olmuş müraciətlərin 35 466-sı “ASAN xidmət”, 44 784-ü isə “ASAN kommunal” mərkəzlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri ilə bağlı müraciətlər edib.

"Azərsu" “ASAN xidmət” mərkəzlərində müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlayıb, 2017-ci ildən isə ASAN kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə, 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 192 mindən çox müraciət daxil olub.

Hazırda “Azərsu”yun xidmətləri Bakı şəhərinin Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində təşkil olunub.

Son xəbərlər

Orphus sistemi