127 nömrəli yeni müntəzəm marşrut xətti "BakuBus"a verildi

127 nömrəli yeni müntəzəm marşrut xətti "BakuBus"a verildi Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir
İnfrastruktur
26 Yanvar , 2021 17:18
127 nömrəli yeni müntəzəm marşrut xətti  BakuBusa verildi

Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Xüsusilə şəhərətrafı ərazilərdə məskunlaşma nəzərə alınaraq sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən “Puta” hərbi şəhərciyinin hərbiçi sakinlərinin nəqliyyat xidmətindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. Müntəzəm xəttin istismarı “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

Bununla da “Puta” hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olununacaq. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Marşrut xətti yanvarın 27-dən fəaliyyətə başlayacaq", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi