Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonunadək 400-ə yaxın yaşayış binaları kompleksinin istismarına icazə verəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonunadək 400-ə yaxın yaşayış binaları kompleksinin istismarına icazə verəcək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 59 ünvanda çoxmənzilli yaşayış binaları kompleksinin istismarına icazələr verilib.
İnfrastruktur
2 İyul , 2019 13:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonunadək 400-ə yaxın yaşayış binaları kompleksinin istismarına icazə verəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 59 ünvanda çoxmənzilli yaşayış binaları kompleksinin istismarına icazələr verilib.

“Report” xəbər verir ki, bu barədə Komitənin sədri Samir Nuriyev jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb: "Həmin fərmana uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 59 ünvanda çoxmənzilli yaşayış binaların istismarına icazə verib. 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənədin əldə edilməsi imkanını yaradılması deməkdir. Bundan başqa, 400-ə yaxın bu cür layihə mövcuddur. Fövqəladə Hallar Nazirliyi tərəfindən müsbət rəy almış çoxmərtəbəli yaşayış binalarının istismarına icazə sənədinin verilməsi prosesi bir həftə ərzində icra edilir.".

Onun sözlərinə görə, ilin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq: "Amma onu da qeyd edim ki, müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.

Son xəbərlər

Orphus sistemi