Zurab Tsereteli: "Dünya miqyaslı sənətkar aramızdan getdi"

Zurab Tsereteli: "Dünya miqyaslı sənətkar aramızdan getdi" “Mən də yaxın dostumu itirdim. Acılarımı sözlə ifadə etmək mümkün deyil”
İncəsənət
21 May , 2021 14:56
Zurab Tsereteli: Dünya miqyaslı sənətkar aramızdan getdi

“Dünya miqyaslı dahi sənətkar aramızdan getdi. Mən də yaxın dostumu itirdim. Acılarımı sözlə ifadə etmək mümkün deyil”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Tsereteli deyib.

O, Azərbaycanın böyük rəssamı Tahir Salahovun ailəsinə başsağlığı verib.

Mərhum sənətkarın ailəsinə, yaxınlarına, dostlarına, həmkarlarına həmçinin Rusiya İncəsənət Akademiyasının Rəyasət Heyəti və Rəngkarlıq Bölməsi də başsağlığı verib: “Bu itkinin yeri doldurulmaz. Zəka, dəmir iradə sahibi, dürüst və ədalətli, gözəl insan, həmçinin əsərləri bütün dünyada rəğbət qazanmış böyük fırça ustası haqq dünyasına qovuşdu. Biz də Sizinlə bir yerdə bu ağır itkinin acısını paylaşırıq. Hamımız üçün yeri çox böyükdü”.

Xatırladaq ki, Rusiya İncəsənət Akademiyasında çalışdığı 40 ildən çox müddətin böyük hissəsini Rəngkarlıq Bölməsinə rəhbərlik etmiş Tahir Salahov ötən gecə 92 yaşında Almaniyada vəfat edib və Bakı şəhərində dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi