Zaur Darabzadə “CinemaPlus”un Müşahidə Şurasının sədri təyin olundu

Zaur Darabzadə “CinemaPlus”un Müşahidə Şurasının sədri təyin olundu “CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.
İncəsənət
2308
27 İyul , 2020 13:28
Zaur Darabzadə “CinemaPlus”un Müşahidə Şurasının sədri təyin olundu
Zaur Darabazadə

“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

"Report" xəbər verir ki, CinemaPlus Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Məlumat üçün bildirək ki, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi.