Yusif Eyvazov Kreml Sarayının səhnəsində konsert verəcək

Yusif Eyvazov Kreml Sarayının səhnəsində konsert verəcək Bakı. 20 dekabr. REPORT.AZ/ Opera ulduzları Yusif Eyvazov, Anna Netrebko, Andrea Bocelli və Olqa Peretyatko iyunun 4-də Dövlət Kreml Sarayının səhnəsində birgə konsert verəcəklər.
İncəsənət
20 Dekabr , 2018 16:26
Yusif Eyvazov Kreml Sarayının səhnəsində konsert verəcək
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ Opera ulduzları Yusif Eyvazov, Anna Netrebko, Andrea Bocelli və Olqa Peretyatko iyunun 4-də Dövlət Kreml Sarayının səhnəsində birgə konsert verəcəklər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə konsertin təşkilatçısı Berin Iglesias Art. Şirkətinin Mətbuat xidmətindən bildirilib.

"Opera ulduzlarını toplamaq qeyri-mümkün görünürdü, çünki onların hər birinin cədvəli artıq qarşıdakı illər üçün qurulub. Onlar hazırda ən çox tələbat görən opera artistləridir", - məlumatda qeyd olunub.

Pərəstişkarları qeyd edirlər ki, Rusiyanın xalq artisti Anna Netrebkonun həyat yoldaşı Yusif Eyvazovla birgə konsertləri xüsusi enerjisi ilə fərqlənir.

Konsert simfonik orkestr və xorla müşayiət ediləcək.

Son xəbərlər

Orphus sistemi