“Yüksəliş” filmi Moskvada təqdim olunub

“Yüksəliş” filmi Moskvada təqdim olunub Filmin təqdimatı Moskvanın Kosmonavtika müzeyində keçirilib
İncəsənət
17 Noyabr , 2015 13:12
“Yüksəliş” filmi Moskvada təqdim olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ Moskvanın Kosmonavtika müzeyində görkəmli alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunan “Yüksəliş” sənədli filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kosmonavtika sahəsinin tanınmış şəxsiyyətləri – təyyarəçi-kosmonavtlar, iki dəfə Sovet İttifaqı Qəhrəmanları Viktor Qorbatko, Viktor Savinıx, Aleksandr İvançenkov, Aleksandr Aleksandrov, Sovet İttifaqı Qəhrəmanları Aleksandr Kalerin, Vladimir Djanibekov, Anatoli Arzebarski, eləcə də Moskva ictimaiyyəti nümayəndələri və Azərbaycan diaspora təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edənlər arasında sovet kosmonavtikasının banisi Sergey Korolyovun qızı – professor, SSRİ Dövlət mükafatı laureatı Natalya Korolyova Kərim Kərimov haqqında xoş xatirələri ilə bölüşüb. O, “Yüksəliş” filminin Bakıda təşkil olunan təqdimatı barədə tamaşaçıları məlumatlandırıb və Azərbaycanın inkişafı və qonaqpərvərliyi barədə tədbir iştirakçılarına ürəkdolusu danışıb.

Nazirlikdən bildirilib ki, bu günlərdə Rusiya paytaxtında “Yüksəliş” filminin daha bir neçə nümayişi keçiriləcəkdir.

Filmin müəllifi, xalq artisti, rejissor Vasif Babayevdir. 

Son xəbərlər

Orphus sistemi