"YUĞ" Teatrında yeni tamaşa olacaq

"YUĞ" Teatrında yeni tamaşa olacaq "Sonluğun sonu" adlanan mono-tamaşa gənc aktyorun rejissor kimi debütüdür
İncəsənət
776
12 May , 2015 14:59
YUĞ Teatrında yeni tamaşa olacaq

Bakı. 12 may. REPORT.AZ/ Mayın 15-də "YUĞ" Dövlət Teatrında gənc aktyor Kamal Yaşar "Sonluğun sonu" adlanan mono-tamaşasını yenidən tamaşaçılara nümayiş etdirəcək.

"Report" xəbər verir ki, mono-tamaşanın müəllifi Rövşən Ağayevdir.

Birpərdəli monotamaşanın rejissoru və ifaçısı Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu və rejissorluğu fakültəsinin məzunu Kamal Yaşardır.

Səhnə əsəri yaşlı bir kişinin dramını canlandırır. O, həyat yoldaşını itirib, övladları tərəfindən tərk olunub. Eyni zamanda, bütün tanışları, yaxınları tərəfindən də unudulub. Bütün yaşamı dörd divarın arasında olan bu qoca artıq təklikdən dəlilik həddinə çatmaq üzrədir. O, ancaq xatirələrlə, bir zamanlar keçdiyi xoşbəxt günlərin xəyalı ilə yaşayır, evinin hər tərəfindən asdığı həyat yoldaşının şəkilləri ilə danışır. Bütün bunlar belə artıq onu təngə gətirib. Hər şeyin sona yaxınlaşdığını hiss edən qoca öz-özünə bütün etiraflarını edir və nəyi harada səhv etdiyini anlamağa çalışır. Ancaq bunlara da səbri yetmir və beləcə çarəsizlik, çıxılmazlıq girdabında çabalayan qoca “sonluğa” doğru yuvarlanır.

Tamaşanın ilk nümayişi Mədəniyyət və İncəsənət Universitetində olub.

Xatırladaq ki, Kamal Yaşar əməkdar artist Vidadi Həsənovun tələbəsidir.  

Son xəbərlər

Orphus sistemi