"Yuğ" Teatrı: Kollektivimiz çətinliklərin öhdəsindən gəlmək əzmindədir

"Yuğ" Teatrı: Kollektivimiz çətinliklərin öhdəsindən gəlmək əzmindədir "On ildən artıq bir müddətdə fəaliyyət göstərdiyimiz binadan ayrılmaq, yeni məkanda, yeni şəraitdə işləmək elə də asan olmayacaq"
İncəsənət
26 Yanvar , 2016 17:57
Yuğ Teatrı: Kollektivimiz çətinliklərin öhdəsindən gəlmək əzmindədir

Bakı. 26 yanvar. REPORT.AZ/ “Yuğ” Dövlət Teatrının kollektivi çətinliklərin öhdəsindən gəlmək, yeni məkanda – Dövlət Kukla Teatrının binasında öz yaradıcılıq yolunu davam etdirmək əzmindədir".

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, teatr yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq: "Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” Teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub. 10 ildən artıq bir müddətdə fəaliyyət göstərdiyimiz binadan ayrılmaq, yeni məkanda, yeni şəraitdə işləmək elə də asan olmayacaq. Amma teatrımızın kollektivi bu çətinliklərin öhdəsindən gəlmək, yeni məkanda – Dövlət Kukla Teatrının binasında öz yaradıcılıq yolunu davam etdirmək əzmindədir".

Qeyd edək ki, "Yuğ" Dövlət Teatrı hazırkı binada son - “Boy” tamaşasını bu gün 19:00-da nümayiş etdirəcək.

Tamaşada əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edirlər.

"Yuğ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini fevralın 1-dən Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi