"Yoxdu belə söhbət" kino-komediyasının “CinemaPlus Azərbaycan”da qala gecəsi olub - FOTO

"Yoxdu belə söhbət" kino-komediyasının “CinemaPlus Azərbaycan”da qala gecəsi olub - FOTO Bakı. 10 yanvar. REPORT.AZ/ “CinemaPlus Azərbaycan”da Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının istehsalı olan Yoxdu belə söhbət romantik-komediyasının qala gecəsi keçirilib.
İncəsənət
10 Yanvar , 2018 23:41
Yoxdu belə söhbət kino-komediyasının “CinemaPlus Azərbaycan”da qala gecəsi olub - FOTO

Bakı. 10 yanvar. REPORT.AZ/ “CinemaPlus Azərbaycan”da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yoxdu belə söhbət" romantik-komediyasının qala gecəsi keçirilib.

“Report” xəbər verir ki, ekran işində rolları Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov və Tünzalə Qəhrəman ifa edirlər.

Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Bütün baş verənlərin təsadüf, yaxud möcüzə olması isə sual altındadır.

Filmin rejissoru Rüfət Həsənov, ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov, Asif Rüstəmov, bəstəkarı "Dihaj"dır.

Ekran əsərinə 11 yanvar tarixindən etibarən "CinemaPlus" kinoteatr şəbəkələrində baxmaq olar.

Son xəbərlər

Orphus sistemi