"Yol əhvalatı" filmi özbək dilinə dublyaj olunub

"Yol əhvalatı" filmi özbək dilinə dublyaj olunub Dublyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistləri iştirak ediblər
İncəsənət
9 Fevral , 2017 14:15
Yol əhvalatı filmi özbək dilinə dublyaj olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Yol əhvalatı" kinokomediyası özbək dilinə dublyaj olunub.

Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, özbək dilnə dublyaj olunan "Yoldagi hangoma" filmin ssenarisi özbək tərcüməçi Rüstəm Cabbarov tərəfindən tərcümə edilib.

Dublyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistləri iştirak ediblər.

Qeyd edək ki, Sovet dövründə "Arşın mal alan", "O olmasın bu olsun", "Qayınana", "Əhməd haradadır", "Nəsimi" bədii filmləri özbək dilinə dublyaj olunub və hazırda da Özbəkistanda televiziya kanallarında nümayiş etdirilir. 

Son xəbərlər

Orphus sistemi