Yaşar Nurinin ölümündən 2 il ötür

Yaşar Nurinin ölümündən 2 il ötür Ailə üzvləri xalq artistinin məzarını ziyarət edəcək
İncəsənət
22 Noyabr , 2014 10:25
Yaşar Nurinin ölümündən 2 il ötür

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Yaşar Nurinin ölümündən iki il ötür.

"Report" xəbər verir ki, bu gün sənətkarın ailə üzvləri Yaşar Nurinin məzarını ziyarət edəcək.

"Bu gün Yaşarı ziyarət edəcəyik. Ailə üzvləri olaraq, onun məzarını hər həftə ziyarət edirik. Onun görüşünə tez-tez gəlirik. Bu gün Fəxri Xiyabana ailəsindən başqa kimlərin gələcəyini bilmirəm. Hər halda, kimin yadındadırsa, onlar Yaşarı ziyarət edəcəklər. Yaşarsız keçən iki il mənim üçün, qızları üçün çox ağır oldu", - sənətkarın xanımı Rəhimə Nuriyeva "Report"a deyib.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. O, Azərbaycan teatrında və kinosunda onlarla obraza səhnə, ekran ömrü bəxş edib. Yaşar Nurinin iştirakı ilə çəkilən televiziya tamaşaları bu gün də sevə-sevə izlənir. 

Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Son xəbərlər

Orphus sistemi