Bakı.13 may. REPORT.AZ/ Yaponiyanın tanınmış teatr rejissoru, Yaponiya Dövlət mükafatları laureatı, Yaponiyanın mədəniyyət ordeninin sahibi Yukio Ninaqava 81 yaşında vəfat edib.
"Report" xəbər verir ki, 2013-cü ildə cərrahiyyə əməliyyatı edilən rejissorun vəziyyəti 2014-cü ildə ağırlaşıb. Tanınmış rejissor ömrünün son illərini əlil arabasında keçirib.
1969-cu ildən sənət fəaliyyətinə başlayan rejissora uğur gətirən əsərləri Şeksprin faciələrinə verdiyi maraqlı quruluşlar olub.
Yukio Ninaqavanın ən uğurlu tamaşaları "Romeo və Cülyetta", "Medeya" və "Kral Lir" olub.

