“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb

“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii tele-serialının çəkilişləri artıq başa çatıb.
İncəsənət
31 Avqust , 2021 15:34
“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb

Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii teleserialının çəkilişləri artıq başa çatıb.

“Azərbaycanfilm” Kinostudiyasından "Report"a verilən məlumata görə, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub.

Çəkilişləri Bakı şəhərinin Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılan serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullzadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirin obrazını Kəmalə Piriyeva, Fərhadı isə Bəhruz Vaqifoğlu canlandırır.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.

Son xəbərlər

Orphus sistemi