Xızır peyğəmbərin adı ilə bağlı bayram YUNESKO-nun mədəni irs siyahısına daxil edilib - VİDEO

Xızır peyğəmbərin adı ilə bağlı bayram YUNESKO-nun mədəni irs siyahısına daxil edilib - VİDEO İraq xalqı hər il fevral ayında Əl-Xıdırın xatirəsini yad edir
İncəsənət
2 Dekabr , 2016 01:51
Xızır peyğəmbərin adı ilə bağlı bayram YUNESKO-nun mədəni irs siyahısına daxil edilib - VİDEO

Bakı. 2 dekabr. REPORT.AZ/ İraqın Xıdır İlyas milli bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"İraq cəmiyyəti hər il fevral ayında inanca görə, mərasim iştirakçılarının dualarını dinləyən müqəddəs Əl-Xıdırın (Xızır – red.) xatirəsini yad edir. Ənənəvi geyimdə olan ailələr müqəddəs təpəyə toplaşaraq, bu münasibətlə hazırladıqları xüsusi yeməkləri yeyir, DABK oynayır (milli rəqs), həmçinin Dəclə çayı sahilinə gələrək niyyətləri ilə bağlı nəzir edir, çaya şam buraxırlar" , - deyə məlumatda bildirilir.

Azərbaycanın Siyəzən rayonu ərazisində də Xızır peyğəmbərlə (ə) bağlı ziyarətgah kimi baş çəkilən və müqəddəs hesab edilən Beşbarmaq adlı dağ var. Ona Xıdır Zində dağı da deyilir və Xızırın məhz burada qeybə çəkildiyi iddia edilir.

Xızır (ə) İslamda peyğəmbər, həmçinin Musa peyğəmbərin (ə) müəllimi kimi qeyd olunur. Onun adı Quranda keçmir, lakin təfsirçilər demək olar ki, yekdilliklə onu Qurani Kərimin Əl-Kəhf surəsinin 60-82 ayələrində Musa peyğəmbərin adı qeyd olunmayan müəllimi ilə eyniləşdirirlər. Müqəddəs Bibliyada onun adı İlya peyğəmbər kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi