Xətai Sənət Mərkəzi rəsm müsabiqəsi elan edib

Xətai Sənət Mərkəzi rəsm müsabiqəsi elan edib Rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir
İncəsənət
9 Oktyabr , 2015 17:47
Xətai Sənət Mərkəzi rəsm müsabiqəsi elan edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xətai Sənət Mərkəzi "Bu sizsiniz" adlı rəsm müsabiqəsi elan edib.

"Report" xəbər verir ki, müsabiqə Azərbaycanda turizm sektorunun inkişafına dəstək məqsədilə keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər öz rəsm əsərlərini oktyabrın 15-dək Xətai Sənət Mərkəzinin "facebook" səhifəsinin (https://www.facebook.com/xsm.art.az) mesaj qutusuna göndərə bilərlər.

İştirak üçün portret janrında fərqli üslubda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, gips, döymə və s.) ən azı 3 rəsmin fotosunu göndərmək lazımdır. Göndərilən işlərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək.

Münsiflər tərəfindən seçilmiş iştirakçılar oktyabrın 24-də saat 16.00-da Xətai Sənət Mərkəzinə gələrək öz bacarıqlarını canlı olaraq nümayiş etdirəcək.

Sonra qaliblərin mükafatlandırma (I yer - 500 manat, II yer - 300 manat, III yer - 100 manat) mərasimi keçiriləcək.

Müsabiqənin bütün iştirakçıları diplomla təltif olunacaq.

Son xəbərlər

Orphus sistemi