Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılır

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılır Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacağı yerə, “İçərişəhər” stansiyasının qarşısına aparılıb.
İncəsənət
11 Sentyabr , 2021 11:51
Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılır

Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacağı yerə, “İçərişəhər” stansiyasının qarşısına aparılıb.

Bunu "Report"a açıqlamasında abidənin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

Onun sözlərinə görə, heykəl hələ tam quraşdırılmayıb: “Tam yerində deyil. Üç-dörd gün olar ki aparıblar. Hələ orada təmir gedir, pilləkənləri dəyişirlər. Açılışının vaxtı ilə bağlı dəqiq xəbər yoxdur”.

Son xəbərlər

Orphus sistemi