Xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn olunacaq

Xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn olunacaq O, anasının yanında torpağa tapşırılacaq
İncəsənət
9 Fevral , 2018 11:45
Xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn olunacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Ötən gün evində ölü tapılan Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyevanın cənazəsi Quba rayonuna aparılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun “Report”a verdiyi məlumata görə, xalq artisti Quba şəhər qəbiristanlığında, anasının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 72 yaşlı Zərnigar Ağakişiyevanın meyiti ötən gün axşam saatlarında Yasamal rayonunda tənha yaşadığı evdə tapılıb.

Son xəbərlər

Orphus sistemi